23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Ölkə futbolu

AFFA-nın təşkil etdiyi liqalarda yeniliklər tətbiq olunacaq

AFFA-nın təşkil etdiyi liqalarda yeniliklər tətbiq olunacaq.

Futbolxeber.az saytının məlumatına görə, 2025/2026 mövsümü başlamazdan öncə müxtəlif tarixlərdə AFFA-nın inzibati binasında həm Azərbaycan Premyer Liqasında iştirak edən klubların, həm akademiyaların, həm digər fərdi komandaların, həm də mərkəzləşdirilmiş regionlarda iştirak edən kollektivlərin nümayəndələrinin onlayn iştirakı ilə görüşlər keçirilib.

Həmin toplantılarda bir sıra məsələlər müzakirə edilib, təkliflər dəyərləndirilib və uyğun olan bəzi yeni qərarlar qəbul edilib.

"Bildiyiniz kimi, AFFA U-8, AFFA U-9, AFFA U-10, AFFA U-11 və AFFA U-12 liqalarında nəticələr qeydə alınmır, turnir cədvəli tətbiq edilmir. Həmin yaş qruplarının oyunlarında tez-tez böyükhesablı nəticələrlə rastlaşırıq. Oyunçuların futbola olan həvəsinin azalmaması və matç balansının təmin edilməsi məqsədilə AFFA rəhbərliyi bu mövzu ətrafında geniş müzakirələr aparıb və bu nüansı aradan qaldıra biləcək qərar qəbul edib.

Yeni qərara əsasən, hər hansı komanda oyun ərzində 3 top fərqi ilə geridə olarsa, bu zaman əsas heyətə 1 oyunçusunu əlavə edə bilər. Hesab arasındakı fərq 6 qol olarsa, məğlub durumda olan komanda əsas heyətə daha 1 oyunçu əlavə edə bilər. Hesab fərqi 4 qola enən zaman meydanda olan əlavə 2 oyunçudan 1-i meydanı tərk etməlidir.

Yekun olaraq, 3 qol fərqi olanda əlavə 1 oyunçu, 6 qol fərqi yaranan zaman əlavə daha bir oyunçu meydana daxil ola bilər. Qol fərqi 4-ə və 2-yə enərsə, meydana daxil olan oyunçular müvafiq qaydada meydanı tərk etməlidirlər. Hesab fərqinə görə meydana əlavə olaraq çıxa biləcək oyunçuların sayı maksimum 2 nəfər olmalıdır", - deyə məlumatda vurğulanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31