23 Yanvar 2026, Cümə
“Neftçi”dən azarkeşlərinə müjdə
Millimiz Danimarkaya uduzdu
Qurbanovun 500-cü qələbəsi
17-ci turun hakim təyinatları

Ölkə futbolu

Qurbanovun 500-cü qələbəsi

"Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, onun yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turuna təsadüf edib.

Azərbaycan çempionu “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, “Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub. Mütəxəssis “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb.

"Ayntraxt"la matç isə mütəxəssisin məşqçilik karyerasında ümumilikdə 500-cü qələbəsidir. Yubiley qələbəsi onun karyerasının 857-ci oyununa təsadüf edib. Q.Qurbanov komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.

Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda əldə edib. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib - 6:1.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31