1 Avqust 2025, Cümə
“Zirə” avrokuboklarla vidalaşdı
"Araz-Naxçıvan" III mərhələdə!
“Sumqayıt” yeni transfer reallaşdırdı
İbrahima Vadji "Turan Tovuz"da

Digər idman növləri

Qubada cüdo üzrə master-klass keçirilib

Azərbaycan Cüdo Federasiyası (ACF), Gənclər və İdman Nazirliyinin Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qubada cüdo üzrə master-klass keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, master-klass çərçivəsində milli komandanın üzvləri və ACF prezidentinin müşaviri, dünya mükafatçısı Natiq Bağırov müxtəlif cüdo fəndlərini uşaqlara və yeniyetmələrə nümayiş etdirib.
 
Təcrübəli idmançılar cüdonun fəlsəfəsi və əsas texnikaları haqqında məlumat verərək, iştirakçılara bu idman növünün incəliklərini öyrədiblər. Uşaqlar və gənclər tatamiyə dəvət olunaraq, göstərilən fəndləri öyrənərək tətbiq etməyə çalışıblar.
 
Tədbir zamanı iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo ilə bağlı suallar verilib və düzgün cavab verən şəxslərə müxtəlif hədiyyələr təqdim edilib.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31