3 Noyabr 2025, Bazar ertəsi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Digər idman növləri

Azərbaycan millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib

Azərbaycanın 20 yaşadək çimərlik voleybolçularından ibarət millisi Avropa çempionatında əsas mərhələyə yüksəlib.
 
Futbolxeber.az saytının Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qızlardan və oğlanlardan ibarət komandalarımız Polşanın Mislovitse şəhərində keçirilən qitə birinciliyində mübarizəyə iyulun 24-də təsnifat mərhələsindən başlayıb.
 
Ölkəmizi təmsil edən Nəriman Bayramlı - Muhammad Aslanlı cütlüyü təsnifat mərhələsində Kosovo təmsilçilərinə 2:0 hesabı ilə qalib gəlib, Andoradan olan duetə 1:2, şotlandiyalı rəqiblərinə isə 0:2 hesabı ilə məğlub olub.
 
Qızlardan ibarət komanda (Səbinə Əlizadə - Lizi Latsabidze) isə təsnifat mərhələsində iki görüş keçirib. Andoranı 2:0 hesabı ilə məğlub edən cütlük Şotlandiyaya 0:2 hesabı ilə uduzub.
 
Qaydalara uyğun olaraq, qızlardan ibarət komandamız əsas mərhələyə vəsiqə qazanıb, oğlan komandamız isə mübarizəni dayandırıb. Qızlar bu mərhələdə C qrupunda İspaniya, Serbiya və İngiltərə komandaları ilə yarışacaqlar. Qrup oyunları iyulun 25-26-da baş tutacaq. Yarışın qalibləri isə iyulun 28-də müəyyənləşəcək.
 
Avropa çempionatınqa oğlanlara Joanildo Kosta Junior, qızlara isə Nihad Tarverdiyev rəhbərlik edir.
 
Qeyd edək ki, Azərbaycanın çimərlik voleybolu tarixində ilk dəfə 18 yaşlı qızlardan ibarət komanda Avropa çempionatında (U-20) əsas mərhələyə yüksəlib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30