4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

“Kür” liderlə xal fərqini minimuma endirib

Qadın həndbolçuların Azərbaycan çempionatında XIV tura Mingəçevirdə start verilib.

Futbolxeber.az saytının məlumatına görə, yerli “Kür” komandasının “Azəryol”la görüşünü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib.

Bu tur ərəfəsində hərəyə 19 xalla qonşu pillələrdə qərarlaşan rəqiblərin növbəti dueli də maraqla gözlənilirdi. Gərgin mübarizə vəd edən görüşün ilk hissəsi əsasən xala-xal prinsipli oyunla yadda qalıb. Yalnız 20-ci dəqiqədən sonra təşəbbüsə yiyələnən meydan sahibləri hesabda irəli çıxmağı bacarıblar. “Azəryol”un fərqi aradan qaldırmaq cəhdləri uğursuz alınıb. Daha kəsərli hücumlar quran Mingəçevir həndbolçuları üstünlüyü qorumaqla fasiləyə 16:10 hesablı qələbə ilə yollanıblar.

Görüşün ikinci hissəsi ev sahibinin tam nəzarətində keçib. Qonaqların vəziyyəti dəyişmək üçün bütün cəhdlərinin qarşısını inamla alan “Kür” rəqibin müqavimətini kəskin həmlələrlə qırıb. Qapıçı Anastasiya Koquriçin də inamlı çıxışı sayəsində qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirən Mingəçevir həndbolçuları etimadı doğruldublar.

Rəqibi əksər göstəricilərdə üstələyən “Kür” azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb - 34:23. Əyalət təmsilçisi bu qələbə ilə lider “Qarabağ”la xal fərqini 1-ə endirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31