8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

İddiaçılar turniri: Nicat Abasovdan heç-heçə

Azərbaycanlı qrossmeyster Nicat Abasov və amerikalı Hikaru Nakamura şahmat üzrə İddiaçılar Turnirinin üçüncü turunda heç-heçə oynayıblar.
 
Futbolxeber.az saytının məlumatına görə, yarış Kanadanın Toronto şəhərində keçirilir.
 
Üçüncü turda heç-heçə həmçinin rusiyalı Yan Nepomnyaşi ilə Hindistan təmsilçisi Dommaracu Qukeş, Fransa təmsilçisi Alireza Firuzca və ABŞ təmsilçisi Fabiano Karuana arasında keçirilən görüşlərdə qeydə alınıb.
 
Hindistanlı Rameşbabu Praqnanandha həmyerlisi Qucrati Viditi qara fiqurlarla məğlub edib.
 
Üç turdan sonra Nepomnyaşi, Qukeş və Karuana hərəyə 2, Vidit və Praqnanandha 1,5, Nakamura, Firuca və Abasov isə 1 xal toplayıblar.
 
Dördüncü turda N.Abasov A.Firuca ilə, Nepomnyaşi Viditlə, Karuana Qukeşlə, Praqnanandha isə Nakamura ilə qarşılaşacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31