8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

AMADA rəsmiləri CAHAMA-nın 63-cü iclasına qatılıblar

Fransanın Strasburq şəhərində Ümumdünya Antidopinq Agentliyi (WADA) üzrə Ad Hoc Avropa Komitəsinin (CAHAMA) 63-cü iclası işə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, toplantıda ölkəmizi Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. ​

Tədbirdə müxtəlif milli antidopinq təşkilatlarının nümayəndələri dopinqlə mübarizə sahəsində mühüm məsələləri müzakirə edirlər.

Gündəliyə ötən iclasın hesabatının təsdiqi, CAHAMA-nın iş metodlarının müzakirəsi, Katiblikdə yeniliklər və gələcək görüşlərin planlaşdırılması kimi müxtəlif məsələlər daxil edilib.

Burada müxtəlif Milli Antidopinq Təşkilatlarının (NADO) uyğunluq statusu ilə bağlı sirkulyar məktublara baxılıb. 2025-2027-ci illər üçün WADA Fondunun İcraiyyə Komitəsinə və Şurasına Avropa nümayəndələrinin seçilməsi prosedurları da müəyyən edilib. Müvafiq məşvərət qrupları WADA-nın iclasının gündəliyində duran məsələlərlə bağlı təqdimatlarla çıxış ediblər.

Açıq sessiyada WADA-nın ümumi təqdimatı olub və müxtəlif suallar cavablandırılıb.

Toplantının birinci günü CAHAMA-nın qarşıdan gələn WADA İcraiyyə Komitəsinin iclası, Komitənin sədr və sədr müavininin seçilməsi və digər işgüzar məsələlərlə bağlı mövqeyinin müzakirəsi ilə yekunlaşıb.

Tədbirə bu gün yekun vurulacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31