8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

Azərbaycan millisinin baş məşqçisi Tovuzda seçimlər aparıb

Yeniyetmə və gənc oğlanlardan ibarət Azərbaycan millilərinin baş məşqçisi Cahangir Seyed Abbasi Tovuz Regional Voleybol Klubuna daxil olan bölgələr üzrə seçimlər aparıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Tovuz Olimpiya İdman Kompleksində baş tutan seçimlərdə iranlı mütəxəssis tərəfindən məşqlər də keçirilib.
 
Bu məşqlərdə seçimlərə yeni qatılan, eləcə də əvvəldən seçilmiş yeniyetmələr iştirak ediblər. Məşqlərdə fərqlənən və müvafiq kriteriyalara cavab verən yeniyetmələr müəyyənləşdirilərək bu ay Bakıda keçiriləcək düşərgəyə cəlb olunacaqlar.
 
Qeyd edək ki, seçimlərin aparılmasında məqsəd 2008-2009 və 2010-2011-ci il təvəllüdlü voleybolçulardan ibarət milli komandaların formalaşdırılmasıdır. Bu tip məşqlər digər bölgələrdə də həyata keçiriləcək.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31