8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

Rəcəbovun yerində sayıb, Məmmədyarov irəliləyib - FIDE reytinqi

Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbovun mövqeyi dəyişməyib.
 
36 yaşlı qrossmeyster 2745 əmsalla 14-cü pillədə qərarlaşıb. Milli üzvlərindən Şəhriyar Məmmədyarov (2734) ötən ayla müqayisədə 1 pillə irəliləyərək, 16-cı olub.
 
Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2679) daha beş pillə irəliləyərək, 53-cü yerə yüksəlib. Rauf Məmmədov (2644) isə 99-cudur.
 
Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795) qərarlaşıb. Çinli Dinq Liren (2780) ilk “üçlüy”ü qapayır.
 
Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 29-cu, Ülviyyə Fətəliyeva (2395) 57-ci, Gövhər Beydullayeva (2383) 68-ci, Gülnar Məmmədova (2350) isə 94-cü sıradadır.
 
Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. FİDE adından çıxış edən, Bakıdakı Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina (2567) ikinci, Çinin digər təmsilçisi Yu Venyun (2560) üçüncü yerdədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31