8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

Erməniyə qalib gələn Avropa çempionu: "Qələbəni şəhidlərimizə həsr edirəm"

"Qələbəni Azərbaycan xalqına, şəhidlərimizə, qazilərimizə həsr edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında Litvanın Kaunas şəhərində keçirilən kudo üzrə Avropa çempionatında qızıl medal qazanan Azərbaycan karateçisi Elbrus Səmədov deyib.

O, turnirdəki hər üç görüşündə qalib gəldiyini xatırladıb: "Final qarşılaşmasında rəqibim Ermənistan təmsilçisi idi. Bu, çox məsuliyyətli görüş oldu. Mən Azərbaycan xalqının adından orada iştirak edirdim. Uduzmaq şansım yox idi və şükürlər olsun ki, qələbə qazandım. Məşqçilərimə və bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Çox sevinirəm, mənim üçün böyük uğurdur".

19 yaşadək idmançıların mübarizəsində gümüş medal əldə edən Kənan İsmayılzadə döyüşlərin çox ağır keçdiyini vurğulayıb: "Buna baxmayaraq, öz sözümüzü dedik. Bayrağımızı dalğalandırdıq. Bizimlə birlikdə 13 ölkə təmsilçiləri var idi. Gələcək hədəflərim dünya və Avropa çempionu olmaqdır. Bunun üçün çalışacağam".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31