8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

Dünya çempionatının bürünc mükafatçısı: “Bu məğlubiyyətdən dərs çıxardım”

“Bu məğlubiyyətdən dərs çıxardım”.

Futbolxeber.az saytının məlumatına görə, bunu yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) Albaniyanın paytaxtı Tiranada keçirilən U-23-lər arasında dünya çempionatında bürünc medal qazanması barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Gənc güləşçi 1/4 finaldakı məğlubiyyətin səbəblərini də açıqlayıb: “Bu il mənim üçün uğurlu keçdi. Zədələrə görə tam istədiyimi göstərə bilmədim. Ancaq ümumilikdə yaxşı nəticələr qazandım. İlk dəfə qatıldığım U-23 dünya çempionatında bürünc medala yiyələndim. İnşallah, zədələri aradan qaldırıb, səhvlərim üzərində işləyərək, daha yüksək uğurlar qazanacağam. 1/4 finalda məğlubiyyətin bir neçə səbəbi var. Həm zədəyə görə tam gücümü ortaya qoya bilmədim, həm də təcrübəsizlik sözünü dedi. Eyni zamanda, bir qədər arxayınlıq oldu. Çünki İrfan Mirzoyevə gənclərin Avropa çempionatında qalib gəlmişdim”.

R.Nurullayev gələcəkdə çəkisini dəyişəcəyini istisna etməyib: “Gələn il də 72 kq-da güləşməyi planlaşdırıram. Çəkim artsa, gələcəkdə 77 kq-a keçməyi düşünürəm. Uğurumu bu səviyyəyə gəlib çatmağımda əsas pay sahibi olan atamın ruhuna həsr edirəm”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatını 1 gümüş, 3 bürünc medalla başa vurub. Yığmamız komanda hesabında 2-ci yeri tutub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31