8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

Azərbaycanın 12 taekvondoçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın 12 taekvondoçusu Dohada keçiriləcək Qətər açıq çempionatında mübarizə aparacaq.

Futbolxeber.az saytının məlumatına görə, onlardan 8-i kişi, 4-ü qadın olacaq.

Üç gün davam edəcək beynəlxalq turnirdə kişilərdən ibarət yığmanın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçisi Zahid Məmmədov olacaq. Dohada Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Pərviz İskəndərov (63 kq), Cavad Ağayev (74 kq), Əliəskər Əliyev (74 kq), Eltac Qafarov (80 kq), Həmidreza Badrialiabadi və Milad Beiqi Harçeqani (hər ikisi +87 kq) onların sərəncamında olacaqlar.

Qadınlardan ibarət millinin baş məşqçi Sun Mi Park isə Minayə Əkbərova (49 kq), Səmərrux Osmanova (53 kq), Səidə Əliyeva (53 kq) və Fatimə Məcidovaya (67 kq) güvənəcək.

Qeyd edək ki, G1 kateqoriyalı yarışda Azərbaycanın bütün taekvondoçuları oktyabrın 22-də güclərini sınayacaqlar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31