8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

Daha güləşçimiz Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.

Futbolxeber.az saytının məlumatına görə, altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.

Cəfər Cəfərov (45 kq) debütdə türkiyəli Əbubəkr Gür üzərində inamlı qələbə qazanıb - 16:7. Güləşçimiz ermənistanlı Armen Papikyana tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Cəfərovun qarşısında polşalı Pavlo İlnitski cəmi 35 saniyə duruş gətirə bilib - 10:0. Cəfər finalda gürcüstanlı Mate Tsinadzeni də vaxtından əvvəl məğlub edərək (11:0) Avropa çempionu olub.

Seyhun Əlizadə (51 kq) 1/8 finalda ermənistanlı Saşa Petrosyanla bacarmayıb - 2:15. Rəqib finala yüksəldiyi üçün Əlizadə təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşıb və 10:0 hesablı qələbəyə sevinib. Seyhun son qarşılaşmada moldovalı Marsel Andronakeni 5:2 hesabıyla üstələyərək bürünc medal qazanıb.

Camal Abbasov (60 kq) 1/8 finalda fransalı Abdullah Nakayevə heç bir şans tanımayıb - 11:0. Gəncə güləş məktəbinin yetirməsi yunanıstanlı Flippos Psoması da 6:0 hesabıyla xalçadan məyus yola salıb. Abbasov yarımfinalda türkiyəli Vahid Yılmaza vaxtından əvvəl (10:0) qalib gəlib və ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Camalın rəqibi rusiyalı Akramat Şakriyev olub. Gəncə güləş məktəbinin yetirməsi 9:2 hesablı qələbəylə ardıcıl 2-ci dəfə U-17 Avropa çempionatının qalibi olub.

İsmayıl Rəhimli (71 kq) litvalı Arnas Linkeviçyusa 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Narek Nikoqosyana minimal fərqlə (2:3) məğlub olub. Rəqibin finaladək irəliləməsi Rəhimli bürünc medal qazanmaq şansı yaradıb. İsmayıl təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişvilini mübarizədən kənarlaşdırıb - 5:2. Son görüşdə almaniyalı Feliks Şmitdən xalların keyfiyyətinə görə (3:3) üstün olan Rəhimli bürünc medalı boynundan asıb.

Səid Paşayev (92 kq) təsnifat mərhələsində türkiyəli Eyyup Çətinə müqavimət göstərə bilməyib - 2:13. Rəqib finala yüksəldiyi üçün Paşayev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Səid belaruslu Aleksey Kulakovla da bacarmayıb - 0:10.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31