11 May 2024, Şənbə
"Neftçi"nin məşqçisindən qələbə şərhi
"Neftçi" ikinci pilləyə yüksəkdi
AFFA “sıfırlandı” - QEYD
XXXV turun hakim təyinatları

Digər idman növləri

DÇ: Cüdoçumuzdan bürünc medal

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 100 kq-da yarışan idmançı mübarizəyə 1/16 finaldan başlayıb. Ardıcıl olaraq Aleksandr Kukolja (Serbiya), Aaron Far (Avstriya) və Peter Palçikə (İsrail) qalib gələn Kotsoyev yarımfinalda Lukaş Krpaleklə (Çexiya) qarşılaşıb. Görüşün əsas vaxtında hesab açılmayıb. Qızıl xal bölümündə qayda pozuntusuna yol verən Azərbaycan təmsilçisi final çıxmaq şansını itirib. O, üçüncü yer uğrunda qarşılaşmada İlia Sulamanidzeni (Gürcüstan) sınağa çəkib. Gürcü rəqibini üstələyən idmançımız bürünc medala sahib çıxıb. Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub.

Qeyd edək ki, daha əvvəl kişilərdə Balabəy Ağayev, Turan Bayramov (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Hidayət Heydərov (73 kq), Səid Mollayi (81 kq), Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), qadınlarda Leyla Əliyeva, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Əliyeva (hər ikisi 52 kq) turniri medalsız başa vurublar. Dünya çempionatı mayın 14-də başa çatacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31