8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Digər idman növləri

Nazirlik idman zalındakı ölümlə bağlı açıqlama yaydı

Gənclər və İdman Nazirliyi aprelin 29-da 1994-cü il təvəllüdlü Mehman Xəlilovun Sumqayıt şəhəri ərazində yerləşən məktəblərdən birində cüdo idman növü üzrə keçirilən məşq zamanı Fərid Bakarova xəsarətlər yetirməsi nəticəsində sonuncunun həmin xəsarətlərdən ölməsi hadisəsi ilə bağlı açıqlama yayıb.

Futbolxeber.az saytının məlumatına görə, açıqlamada bildirilir:

“Gənclər və İdman Nazirliyi 2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyir. Allah rəhmət eləsin!

Son günlər mətbuatda yayılan video görüntülərdə məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranması əks olunub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və məşqçi Mehman Xəlilov hüquq-mühafizə orqanları tərəfindən iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Əminik ki, azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs qanun qarşısında cavab verəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31