6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Karateçilərimiz Xorvatiyada 8 medal qazandılar

Azərbaycan karateçiləri Xorvatiyanın Poreç şəhərində 12 - 21 yaşlılar arasında Dünya Kubokunda 8 medal qazanıb.

Futbolxeber.az saytına federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, Nuran Rzazadə (67 kq) və İnci Əzizova (50 kq) gümüş medal, Mədinə Sadıova (55 kq) bürünc medala sahib olub.

21 yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitilinovaya para-karate çıxışında qızl medala yiyələnib.

Klubları təmsil edən idmançılardan isə 12 yaşlılar arasında Vüsal Qənbərov qızıl, Məhyəddin Cəfərli gümüş, Marat Semixov (hər üçü 40 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, 12 - 21 yaşlılar arasında Dünya Kubokunda 32 ölkədən 464 karateçi iştirak edib. 14 - 18 yaşlı yeniyetmə və gənclər seçmə komandalarının üzvləri 2 - 4 iyulda Dünya Karate Federasiyasının seriya turnirlərindən olan Gənclər Liqasında çıxış edəcəklər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31