3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Dmitri Kramarenkonun qızı Bakıda 2 medal qazandı

Rusiyanın bədii gimnastı Lala Kramarenko Bakıda keçirilən Dünya Kubokunda iki medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, Milli Gimnastika Arenasındakı yarışda halqa ilə fərdi çıxışlarda medalçılar müəyyənləşib.

Birinci yeri 27.150 xal toplayan İsrail təmsilçisi Linoy Aşram tutub. Rusiya gimnastı Lala Kramarenko 26.850 xalla gümüş, Belarus idmançısı Alina Xarnasko isə 26.600 xalla bürünc medal qazanıb.

17 yaşlı idmançı fərdi proqramda gürzlə hərəkətlərdə 27.150 xal toplayıb. Bu nəticə isə ona 3-cü yeri tutmaq imkanı verib.

Qeyd edək ki, Lala Kramarenko futbol üzrə Azərbaycan millisinin və Rusiya ÇSKA-sının qapıçılar üzrə məşqçisi Dmitri Kramarenkonun qızıdır (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31