6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

"Qəbələ" və "Səbail"in UEFA yarışlarına buraxılmamasının səbəbi açıqlandı

"Qəbələ" və "Səbail" klublarının UEFA yarışlarında iştirak üçün lisenziya ala bilməməsinin səbəbi açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a hər iki klubdan açıqlama verilib.

Əyalət təmsilçisinin prezidenti Fariz Nəcəfov bank təminatına görə avrokuboklara buraxılmadıqlarını söyləyib: "Premyer Liqa və UEFA üçün bank təminatının sənədləri fərqlidir. Təbii ki, UEFA lisenziyası üçün rəqəm daha yüksəkdir. Biz isə Premyer Liqa üçün bank təminatı təqdim etdik. Komandamızın avrokubok şansı davam etsəydi, bank təminatı da buna uyğun olardı. Digər bütün meyarlarda sənədlərimiz tam qaydasındadır".

"Səbail"in icraçı direktoru Fərəc Əliyev də eyni səbəbdən UEFA yarışları üçün lisenziya almadıqlarını bildirib: "Bank təminatımız yalnız Premyer Liqa ilə bağlıdır. Növbəti mövsüm avrokuboklar üçün bank zəmanəti təqdim etməmişik".

Qeyd edək ki, UEFA yarışları üçün bank təminatı 500 min manatdır. Daha əvvəl AFFA Lisenziyalaşdırma Komissiyası "Səbail" və "Qəbələ"nin avrokuboklar üçün lisenziya almadığını açıqlayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31