3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Digər idman növləri

Azərbaycan “Tokio-2020”yə 21-ci lisenziyanı qazandı

Azərbaycan cüdoçusu Murad Fətiyev Rusiyanın Kazan şəhərində keçirilən "Böyük Dəbilqə" yarışında bürünc medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, yarışa 1/16 finaldan başlayan cüdoçumuz ardıcıl olaraq Terens Koumaba (Qabon), Həsən Xalmurzayev (Rusiya) və Aslan Lappinaqovu (Rusiya) mübarizədən kənarlaşdıraraq yarımfinala çıxıb.

Bu mərhələdə macar cüdoçu Attila Unqvariyə uduzan Murad bürünc medal uğrunda görüşə qatılıb. 3-cü yer uğrunda qarşılaşmada Belarus atleti Yunus Bekmurzayevə qalib gələn cüdoçumuz bürünc medal qazanıb. Beləliklə nüfuzlu yarışda 3-cü yeri tutan Azərbaycan cüdoçusu Murad Fətiyev Tokio Olimpiya Oyunlarına vacib lisenziya xalları qazanıb. Bu, Azərbaycanın ümumilikdə 21-ci olimpiya lisenziyası olub.

Böyük Dəbilqəyə mayın 7-də yekun vurulacaq. Milli komandamız turnirdə 10 cüdoçu ilə təmsil olunur.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31