Digər idman növləri
Mariya Stadnik: “Güləşmək istəmirdim, səbəbini deməyəcəyəm”
Azərbaycanın qadın güləşçisi, Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında qızıl medal qazanan Mariya Stadnikin müsahibəsi
- Varşavada qızıl medal qazanaraq, 8-ci dəfə Avropa çempionu oldunuz. əvvəlcə təəssüratlarınızı bilmək maraqlı olardı...
- Bu medal mənə xeyli emosiya gətirdi. Çünki pandemiya şəraitində və həyatımdakı müxtəlif hadisələrlə əlaqədar bu yarışa ümumiyyətlə qatılacağımı düşünmürdüm. Amma hər halda, buraya gəldim və qələbə qazandım. Olduqca böyük emosiyalar keçirirəm. Hazırda bu qələbənin dadını hiss edirəm və qızıl medalın mənim üçün nə dərəcədə vacib olduğunu başa düşürəm.
- 2 ilə yaxın heç bir yarışda iştirak etməsəniz də, artıq kifayət qədər medalınız var. Budəfəki titul sizin üçün nə dərəcədə vacibdir: bəlkə gücünüzü sınamaq və hər şeyin qaydasında olduğuna əmin olmağınız üçün?
- Bilirsiniz, bu medal mənim üçün xüsusilə vacibdir. Səbəbini demək istəmirəm. Çünki ümumiyyətlə güləşmək istəmədiyimi düşündüyüm hallar oldu. Amma bunu heç kim bilməməlidir (gülür). Ona görə bu medal önəmlidir. Toparlandım və bundan sonra da mübarizə apara biləcəyimi gördüm.
- Necə yəni, güləşmək istəmirdiniz? Axı, sizin Tokio Yay Olimpiya Oyunlarına lisenziyanız var və karyeranızda yalnız olimpiya "qızıl"ı çatmır...
- Həyatda hər şey baş verir. Güləşdən daha vacib şeylər var.
- Bəlkə sizi incidiblər və ya ailəvi səbəblər olub?
- Önəmli deyil. Artıq hər şey yaxşıdır. Bu medala görə Tanrıya və mənə inanıb dəstək olan insanlara minnətdaram. Onların sayəsində və həmin insanların duaları ilə qalib gələ bilərəm.
- Əvvəlkilərlə müqayisədə budəfəki rəqibləriniz nə dərəcədə güclü idi və hansı görüşü fərqləndirərdiniz?
- Rəqiblərimin hamısı Tokio olimpiadasına vəsiqə qazanmış idmançılar idi. Yeni güləşçi yox idi. Finalda məğlub etdiyim bolqarıstanlı Miqlena Selişka ilə 2017-ci ildə Avropa çempionatında qarşılaşmışdım. Sadəcə, bir az həyəcan var idi. Çoxdandır yarışlarda iştirak etmirdim. Bu hissi bir qədər yadırğamışdım. Prinsipcə, hər qarşılaşmadan öncə bir az həyəcan olurdu. Amma rəqiblərimin hamısını tanıyırdım, əvvəllər onlarla üz-üzə gəlmişdim. Nə edəcəklərini bilirdim.
- "Bakı-2015" və "Minsk-2019" Avropa Oyunlarındakı 2 qızıl medalı da əlavə etsək, 10 qitəmiqyaslı çempionluq sizin üçün yubiley xarakteri daşıyır. Avropada qızıl medal sayına görə qadınlar arasında rekordçu olduğunuzu bilirdiniz?
- Bəli, bilirdim. Amma qarşıma rekordçu olmaq hədəfi qoymamışdım. Sadəcə, güləşməyi və qələbə qazanmağı sevirəm.
- Dünya Güləş Birliyi isə medal sayını 7+2 kimi yazıb...
- Qoy, yazsınlar. Şərh vermək istəmirəm (“Report”).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Klublar Komitəsinin iclası keçirilib
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib
-
15:51
II Liqada hakim təyinatları
-
15:38
Azərbaycan üzgüçüləri Rusiyada 9 medal qazanıblar
-
15:17
Millimizin yeni rəqibi açıqlandı
-
14:49
“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
14:22
Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib
-
14:05
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
-
13:53
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
-
13:36
Azərbaycanı Avropa çempionatlarında 22 samboçu təmsil edəcək
-
13:14
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"