6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Bakı 2015: I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi başlayıb

Azərbaycan paytaxtındakı Olimpiya Stadionunda Bakı 2015 I Avropa Oyunlarının rəsmi bağlanış mərasimi başlayıb. Futbolxeber.az-ın APA-ya istinadən verdiyi məlumata görə, səhnədə Qız qalası ucalıb, qalanın ən yüksək zirvəsindən İçərişəhərin divarları arxasında Simurq quşu əfsanəsində vəd edilən oyanışı gerçəkləşdirərək simasını dəyişən şəhər - Bakı, “Alov qüllələri” görünüb.

Bağlanış mərasimində şeypurun sədaları Azərbaycan prezidenti İlham Əliyevi, Bakı 2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı və Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikkini salamlayıb. Bakıyadək bütün qədim məkanları diyar-diyar dolaşan xalça ilmələri stadionun ekranlarında canlanıb. Geriyə sayım sıfıra çatdığı an xor Dövlət Himnini yeni simfonik aranjmanda ifa edib və Azərbaycan bayrağı yüksəlib.

Qeyd edək ki, Azərbaycan öz tarixində ilk dəfə belə mötəbər idman turnirinə ev sahibliyi edib. Azərbaycana “köhnə qitə”nin 50 ölkəsindən 6 mindən çox idmançı, o cümlədən 10 minə yaxın nümayəndə heyəti üzvü təşrif buyurub. Azərbaycanı təmsil edən 291 atletin mübarizə apardığı yarış ölkə üçün tarixi rekordla əlamətdar olub. Azərbaycan yığması yarışları 56 medalla başa vuraraq qitənin ikincisi adını qazanıb. 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanan Azərbaycan komandası Avropanın şəksiz lideri olan Rusiyadan geri qalıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31