6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Azərbaycan Avropa Oyunlarının bayrağını təhvil verib

Birinci Avropa Oyunlarının sonuncu günündə - iyunun 28-də Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki Avropa Oyunlarının bayrağını Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimovdan təhvil alıb. “Bakı-2015”dən “Azərtac”a bildiriblər ki, tədbirdə çıxış edən Patrik Hikki deyib: “Bakı 30 aydan bir az çox müddətdə Avropa Oyunlarının himayədarı olub. Bu gün Avropa Olimpiya Komitəsi Oyunları daha güclü və bizim bu mərhələdə təsəvvür edə biləcəyimizdən daha böyük potensialla təhvil alır. “Bakı-2015”-in verdiyi ən böyük töhfələrdən biri bundan sonra keçiriləcək bütün Avropa Oyunlarının gələcəyinin təməlini qoyması oldu. Bu möhtəşəm uğurun ilkin mərhələsindən sonra yarışların gələcəyi təmin olunub”.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov isə deyib: “Cənab prezident, mən sizə Avropa Oyunlarının bayrağını təqdim edirəm. Xüsusi təqdimat qutusunun içərisində növbəti Avropa Oyunlarına ev sahibliyi edəcək şəhərin xatirə nişanı, habelə Avropa Oyunlarının növbəti 100 ili üçün kifayət qədər rəmzi səciyyə daşıyan nişanlar var”.

Mərasimdə AOK-un İcraiyyə Komitəsinin, AOK “Bakı-2015” Əlaqələndirmə Komissiyasının üzvləri və ilk Avropa Oyunları Əməliyyat Komitəsinin direktorları, o cümlədən Oyunların yüksək səviyyədə təşkilində böyük rol oynayan 12500 nəfərlik alovqoruyan könüllü qüvvəsinin təmsilçiləri iştirak ediblər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31