6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Digər idman növləri

Boksçumuz: “Ermənistanlı idmançı ilə qarşılaşsaydım...”

“Finalda döyüşməyi çox istəyirdim. Ermənistanlı idmançı ilə qarşılaşsaydım, onu məğlub edərdim. Qələbəmi valideynlərimə həsr edirəm. Çünki onlar bu qələbəni səbirsizliklə gözləyirdilər”. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, bu fikirləri birinci Avropa Oyunlarının çempionu adını qazanan boksçumuz Abdulqadir Abdullayev qələbə sevincini jurnalistlərlə bölüşərkən deyib.

Xatırladaq ki, boksçumuz finalda Ukraynanı təmsil edən erməni əsilli Qevorq Manukyanla döyüşməli idi. Lakin rəqib idmançının sağlamlığında problem yarandığına görə, Azərbaycan boksçusu Abdulqadir Abdullayev döyüşə çıxmadan 91 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yuxarı pilləsinə qalxıb.

“Qələbə sevincimi Azərbaycan xalqı ilə bölüşdüyüm üçün çox xoşbəxtəm. Çünki azarkeşlər məni fəal dəstəklədilər. Hazırda gələcək planlarımla bağlı konkret fikir söyləyə bilmərəm. Müəyyən müddət istirahət edəcəyəm. Bundan sonra isə dünya çempionatına hazırlaşacağam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31