8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Minifutbol

“Paşinyan Azərbaycan bayrağını yandıran şəxsi işdən çıxarmağı tapşırıb”

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasının (İTV) rəhbərliyinə Azərbaycan bayrağını yandırdığına görə stilistika studiyasının rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə tapşırıq verib.

Futbolxeber.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bu iddianı “Aysor.am” saytı mənbələrinə istinadən yayıb.

Qeyd olunur ki, İTV-yə bu cür tapşırığın verilməsi barədə telekanalın əməkdaşları məlumat veriblər.

Xatırladaq ki, A.Nikolyan ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində bayraqların paradı zamanı Azərbaycan bayrağı zala gətirildikdən sonra səhnəyə qaçaraq qızın əlindən milli simvolumuzu götürüb və onu yandırıb, ardınca da zaldan qaçmağa çalışıb. Sonradan məlum olub ki, onun barəsində cinayət işi açılmayacaq.

Bu vandalizmlə əlaqədar Azərbaycan yığma komandası yarışda iştirakdan imtina edib. Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi birgə bəyanat yayıblar və bu imtinaya səbəb kimi Ermənistanın təhlükəsizliyi təmin etməməsini göstəriblər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31