5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Bakı Şəhər Halqasının təşkil etdiyi müsabiqənin qalibləri Fransaya səfər edib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşəbbüsü ilə təşkil olunan “Fransa Qran Prisi” müsabiqəsinin qalib könüllüləri Fransaya səfər edib.

Futbolxeber.az saytının məlumatına görə, Bakı Şəhər Halqası Akademiyası (“BCC Academy”) tərəfindən təşkil olunmuş təlimlərdə iştirak etmiş, həmçinin, 2022 "Formula 1" Azərbaycan Qran Prisi zamanı göstərdikləri yüksək fəallığa görə fərqlənən bir qrup könüllü "Formula 1" Fransa Qran Prisini izləmək, paytaxt Paris ilə yaxından tanış olmaq imkanı əldə edib.

Bununla yanaşı, gənclər yarışın təşkili prosesi və əcnəbi könüllülər, onların iş fəaliyyəti ilə yaxından tanış ola biliblər. “Ölkəmiz altıncı dəfə olmaqla böyük idman yarışına ev sahibliyi etdi və möhtəşəm tədbirin təşkilində minlərlə könüllümüzün əməyi xüsusi qeyd olunmalıdır. Bakı Şəhər Halqası ənənəvi olaraq, hər il gənclərimizin yüksək motivasiyası üçün maraqlı layihələr, müsabiqələr həyata keçirir və fəal gənclərimiz sonda bu kimi təcrübə mübadilələrinə qatılmaq fürsəti qazanır. Biz könüllülərimizlə qürur duyur və yeni qazanılmış biliklərin onların gələcək fəaliyyəti üçün fərqli və faydalı təcrübə olacağına əminik”, – deyə nümayəndə heyətinin rəhbəri, BŞH-nın İnsan Resursları və İşçi Qüvvəsinin direktoru İranə Əhmədova bildirib.

Qeyd edək ki, 2022 ci il "Formula 1" Azərbaycan Qran Prisinin təşkilində 1500 -dən çox könüllü iştirak edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31