5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

“Red Bull Neymar Jr’s Five” turnirində böyük final

Sentyabrın 19-da “Red Bull Neymar Jr’s Five” futbol turnirinin Milli Finalı baş tutacaq.

Futbolxeber.az saytının məlumatına görə, çempionluq uğrunda Milli Final Heydər Əliyev Mərkəzinin parkında olacaq və saat 14:00-da başlayacaq.

Xatırladaq ki, son olaraq Gəncə şəhərində “Red Bull Neymar Jr’s Five” futbol turnirin seçim mərhələsi keçirilib. Nizami yurdunda baş tutan seçimlərdə 100-ə yaxın komanda iştirak edib və Milli Finala vəsiqə uğrunda mübarizə aparıb. Turnirin qaydalarına əsasən, Milli Finala iki komanda vəsiqə qazanıb. Bunlar “5Plus” və “Viva”  komandalarıdır.

15 sentyabrda Bakı seçimlərində iştirak edən 20 komanda arasında sportster meydançasında püşkatma ilə daha 2 finalçı müəyyənləşəcək. Püşkatma @redbullaz instaqram səhifəsində canlı yayımlanacaq.

Beləliklə, “Red Bull Neymar Jr’s Five” Milli Finalında iştirak edəcək bütün komandalar məlum olacaq. Bazar günü sentyabrın 19-da Milli Finalın yeni qalibi müəyyənləşəcək. Qalib komanda Dünya Finalında Azərbaycanı təmsil etmək hüququ qazanacaq. Milli finalı www.redbullneymarjrsfive.com saytından izləyə biləcəksiniz.  

Xatırladaq ki, “Red Bul Neymar Jr’s Five” - dünyanın hər bir tərəfindən futbol həvəskarlarını birləşdirən “beşin beşə” qlobal futbol turniridir. İldən ilə ölkələrin sayı genişlənir və turnirin coğrafiyası artır. Bu il yarış daha böyük olacaq. 6 qitədən olan 60-dan çox ölkədə seçim mərhələləri təşkil olunacaq. Bu yarışlarda öz ölkələrində milli finalın qalibi olacaq komandalar əsas dünya finalında iştirak hüququ qazanacaq.

Ətraflı məlumat: www.redbullneymarjrsfive.com

Layihənin tərəfdaşları: AR Gənclər və İdman Nazirliyi,  Heydər Əliyev Mərkəzi, AFFA

Media dəstəkçisi: Day.az 

Meydança: Sportster




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31