4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

CAS Nurlan İbrahimovun UEFA-dan şikayətinə baxacaq

"Qarabağ"ın keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsinə qarşı iddia ərizəsinə İdman Arbitraj Məhkəməsində (CAS) avqustun 31-dək baxılacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a İbrahimovun özü açıqlama verib.

Sabiq klub rəsmisi bildirib ki, bu yaxınlarda CAS ona müvafiq məktubu göndərib. Məktubda şikayətə baxılma gününün qarşıdakı iki aya təyin olunacağı göstərilib.

Qeyd edək ki, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi münaqişəsi zamanı feysbukda ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb. Həmçinin, "Qarabağ" 100 000 avro məbləğində cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31