3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Ceyhun Bayramov: "Ermənistan son 1 ildə rədd etdiyi prinsipləri üzərinə götürdü"

“Bizim döyüş meydanında əldə etdiyimiz qələbələr özünün diplomatik müstəvidə bizə əlavə üstünlük verməkdədir. Bu, bəyanatın üçüncü və dördüncü bənddə özünü əks etdirib”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov söyləyib.

“Birinci şərt ondan ibarətdir ki, Ermənistan tərəfi bu sənəddə humanitar atəşkəslə yanaşı, münaqişənin baza prinsiplərinin yenidən təsdiq edilməsi və atəşkəs təmin edildikdən sonra dərhal baza prinsiplər üzərində substantiv danışıqların aparılması öhdəliyini öz üzərinə götürdü. Bu o prinsiplərdir ki, Ermənistan tərəfi son 1 ildə bunları rədd edir. Eyni zamanda, son vaxtlar yeni şərtlər irəli sürürdü və s. Onların arasında ən qıcıq yaradan Azərbaycanın artıq Ermənistanla deyil dırnaqarası qurumla – “Dağlıq Qarabağ respublikası” ilə danışıqların aparılması iddiasını irəli sürürdü. Bu sənəddə də qeyd olundu ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Bu o deməkdir ki, burada tərəflər Azərbaycan və Ermənistandır”, - nazir vurğulayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31