4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

“Beşiktaş” və “Trabzonspor”dan Azərbaycana dəstək paylaşımı

Türkiyənin "Beşiktaş" və "Trabzonspor" futbol klubları cəbhə bölgəsində baş verən son hadisələrlə bağlı Azərbaycana dəstək mesajı veriblər.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı klubların rəsmi sosial şəbəkə hesablarında paylaşım edilib.

“Beşiktaş” klubu öz dəstəyini "Bir millət, iki dövlət! Hər zaman yanındayıq, Can Azərbaycan" sözləri ilə ifadə edib.

"Trabzonspor" klubu isə “Dağ sizsizsə, torpaq bizik. Siz budaqsız, biz də yarpağıq.Türkiyəyik, Trabzonuq, Azərbaycanıq” sözləri ilə öz dəstəklərini bildiriblər.

Qeyd edək ki, ötən gün "Qalatasaray" və "Fənərbaxça" kulubları da rəsmi sosial şəbəkə hesablarında dəstək mesajları paylaşıb, həmçinin, iki komanda arasında keçirilən İstanbul derbisi zamanı tribunalarda Azərbaycan ordusuna dəstək plakatları qaldırılıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31