4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 20:00-a qədər fəaliyyət göstərəcək

Azərbaycan ərazisində hərbi vəziyyət elan olunması ilə əlaqədar bu gündən şəhərlərarası ictimai nəqliyyat saat 06:00-dan 20:00-a qədər fəaliyyət göstərəcək.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) məlumat yayıb.

“Məqsəd odur ki, ictimai nəqliyyat vasitələrinin sürücüləri idarə etdiyi nəqliyat vasitələrini qarajlara qoyduqdan sonra evlərinə çata bilsinlər”, - deyə açıqlamada qeyd olunub.

Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonlarını işğal etməsi, ölkəmizə qarşı silahlı hücumlar etməsi və mütəmadi hərbi təxribatlar törətməsi ilə əlaqədar, bu gecədən ölkənin bütün ərazisində hərbi vəziyyət elan edilib. Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Qazax və Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-a qədər komendant saatı tətbiq edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31