2 May 2024, Cümə axşamı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət
Fətəliyeva Avropa çempionu oldu
"Neftçi" və "Sumqayıt"dan qələbə

Minifutbol

Azərbaycan millisinin sabiq üzvləri həbsdən ev dustaqlığına buraxıldı

Danışılmış oyunlarda ittiham olunan Azərbaycan millisinin sabiq futbolçusu Cəmşid Məhərrəmov və yığmanın sabiq basketbolçusu Amil Həmzəyev həbsxanadan ev dustaqlığına buraxılıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a basketbolçunun vəkili Zaur Niftəliyev məlumat verib.

O bildirib ki, Nərimanov Rayon Məhkəməsində Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hər iki idmançının ev dustağı olması ilə bağlı qərar qəbul olunub.

Qeyd edək ki, idmançıların koronavirusla bağlı ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb. Sonra isə dələduzluq maddəsi 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edilib. İstintaq zamanı hər iki şəxsin danışılmış oyunlarda iştirakı aşkarlanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31