4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Konservatoriyanın departament rəhbəri millimizin üzvləri üçün məşğələ keçib

AFFA-nın təşəbbüsü ilə aşağı yaş qrupu üzrə Azərbaycan milli komandalarının üzvləri ilə mənəviyyat, mədəniyyət, yaradıcılıq, insanlar arasında münasibət qurmaq, cəmiyyətdə mövqe qazanmaq kimi mövzularda müzakirələr aparılır, silsilə məşğələlər keçirilir, müxtəlif mədəni tədbirlər təşkil olunur.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, növbəti belə məşğələ Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri üçün keçirilib.

Azərbaycanın UNESCO-da qeyri-maddi mədəni irs üzrə milli eksperti, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri, Avropa Mədəniyyət Parlamentinin üzvü Cahangir Səlimxanov gənc futbolçulara “insan həyatında təşəbbüskarlıq, naməlum cığırlar axtarışı” mövzularında çıxış edib, onları maraqlandıran sualları cavablandırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31