8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Minifutbol

Rövşən Binnətlinin 60 illik yubileyi qeyd olundu

Bu gün Bakı Olimpiya Stadionunda tanınmış idman jurnalisti, hazırda "CBC Sport" telekanalında şef-redaktor vəzifəsində çalışan Rövşən Binnətlinin 60 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, müxtəlif idman qurumlarının, futbol ictimaiyyətinin nümayəndələri və jurnalistlərin iştirak etdiyi mərasimdə əvvəlcə yubilyarla bağlı süjet nümayiş olunub. Ardınca isə tədbirdə çıxış edən qonaqlar - "CBC Sport" telekanalının baş direktoru Volkan Üst, Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov, "Neftçi"nin prezidenti Kamran Quliyev, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Firuz Abdulla, Qarabağ müharibəsi veteranı Əkbər Rüstəmov, olimpiya çempionları Zemfira Meftahəddinova və videobağlantı ilə İqor Ponomaryov, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov və digərləri R. Binnətliyə öz təbriklərini çatdırıb və xatirələrini bölüşüblər.

Sonda R.Binnətli qonaqlara təşəkkürünü bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31