Minifutbol
“Azarkeşlik etdiyi komanda uduzur, onun günahını da şərhçidə görürlər”
Azərbaycanın tanınmış idman jurnalisti, “CBC Sport” kanalının şərhçisi Rövşən Binnətli dekabrın 26-sı 60 yaşını qeyd edir. Qol.az R.Binnətli üçün bu əlamətdar gün münasibəti ilə ona bir neçə sual ünvanlayıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
- Əvvəlcə 60 illik yubileyinizi təbrik edirik.
- Təşəkkür edirəm.
- Televiziyaya “Lider” telekanalı vasitəsi ilə gəlmisiniz və düz 10 il orada fəaliyyət göstərmisiniz. Daha əvvəllər yazılı mediada çalışmısınız. İşləmək baxımından sizin üçün hansı daha rahat idi - televiziya, yoxsa yazılı media?
- Harda işləməyindən asılı olmayaraq, ilk növbədə məsuliyyət və işə vicdanla yanaşmaq önəmlidir. Hər iki sahə də yaradıcıdır, özünə görə ciddi çətinlikləri olub. Yazılı medianın elə tələbləri var ki, onlar televizyada yoxdur. Yaxud əksinə. “Lider”də çalışdığım müddətdə hər şey yeni idi. Futbol üzrə Avropa və dünya çempionatını, yay və qış Olimpiya Oyunlarını Azərbaycan teleməkanında ilk dəfə bir kanal yayımlamağa başlamışdı. “Lider”də şərhçilik baxımından əsas iş mənim üzərimə düşmüşdü. Bizdə o vaxta qədər belə bir təcrübə yox idi ki, TV ekranından baxıb, oyun şərh edək. Birdən-birə yeniliklərlə üz-üzə qalmışdıq. Çatışmazlıq çox olsa da, qazancımız daha artıq idi. Çünki gələcəyə bir körpü salınırdı. Bilirdim ki, o körpünün təməlini qoyanlardan biri də mənəm.
- 40 ilə yaxındır jurnalistikadasınız. Bu, böyük müddətdir. Yaddaşınızda hansı maraqlı xatirələr qalıb?
- “Lider”də işlədiyim vaxtlarda qitəmiqyaslı turnirdə iştirak edən “Neftçi”nin oyununu yayımlamalıydıq. Oyun Tofiq Bəhramov adına Respubilka stadionunda keçirilirdi. 2000-ci illərin əvvəlləri idi. Biz stadiona reportaj üçün getdik. Amma şərhçilər otağının açarı bizə verilmədi və o qapılar açılmadı. Beləliklə, fəxri lojanın üstünə çıxaraq oyunu oradan şərh edəsi olduq. Yəni daha oradan yuxarısı yox idi. Təsəvvür edin ki, həmin yer o qədər hündür idi ki, ətrafda heç bir qoruyucu sədd də yox idi. Meydanı görmək üçün azca irəli əyiləndə adamın gözü qaralırdı. Belə çətinlik hesabına oyunu şərh etmişdim. Bu da yaddaşımda dərin iz buraxıb.
- Həmin an necə hisslər keçirirdiniz?
- Təkcə bir düşüncəm olmuşdu ki, üzləşdiyim bu çətinliklərin tamaşaçıya heç bir aidiyyatı yoxdur. Yəni mən tamaşaçıya keyfiyyətli məhsul verməyə borcluyam.
- Artıq 3 ildir “CBC Sport” ailəsinin üzvüsünüz. Bu telekanalın həyatınızdakı yeri və mənası nədən ibarətdir?
- 2012-ci ildə “Lider”dən getdikdən sonra mən yenidən yazılı mediaya qayıtdım. Bilirdim ki, yazılı mediadan televizyaya getmək və sonra yenidən geri qayıtmağın müəyyən çətinlikləri olacaq. Televiziya jurnalistikasına olan hisslərim ön planda idi. Çox arzulayırdım ki, geri qayıtmaq üçün yenidən imkan olsun. “CBC Sport” bu baxımdan mənim üçün önəmli oldu. Yəni çox sevdiyim işlə yenidən məşğul olmağa başladım. Mənə bu şansı yaradan hər kəsə təşəkkür edirəm. Yatsam, yuxuma da girməzdi ki, yenidən Avropa çempionatının oyunun şərh edəcəm. 8 ildən sonra məhz bu il “İctimai” televiziyanın dəvəti ilə dünya çempionatının oyunlarını şərh etdim. Bunların hamısı “CBC Sport”da işlədiyim müddətdə olduğundan bu kanalın mənim üçün xüsusi yeri var. İlk qapılar “Lider”də açıldı, “CBC Sport” isə ikinci bir nəfəs verdi.
- 5 il öncə saytımıza müsahibənizdə futbol teleşərhçiliyində problemlərin, həvəssizliyin olduğunu demişdiniz. Həmin vaxtla müqayisədə indi dəyişən nəsə varmı?
- Mən onu bu mənada qeyd etmişdim ki, biri var şərhçiliyə iş yeri kimi baxasan, biri də var şərhçilik sənin üçün ən ülvi arzular səviyyəsində olsun. Belə qənaətə gəlmişəm ki, bu, insanın içindən gələn bir istəkdir. Məsələn, bir çox insanla işləmişəm. Elələri var idi ki, onun içində həmin eşqi duymuşdum. Söhbət şərhçiliyə sadəcə iş, pul mənbəyi kimi baxmamaqdan gedir. Həmin insanlara pul verməyib, desən ki, gəl bu oyunu şərh elə, edəcəklər.
- Hazırda şərhçiliyin səviyyəsindən razısınız?
- İstər “İdman Azərbaycan”, istərsə də “CBC Sport”dakı həmkarlarımızı misal çəkə bilərəm. Tam səmimiyyətimlə deyirəm ki, biz nə qədər də desək ki, bu sahə çox axsayır, mən belə düşünmürəm. Nöqsanlar, çatışmazlıqlar həmişə olub. Amma bəzən deyirlər ki, Azərbaycanda şərhçilik məktəbi olmayıb. Bu fikirlə də heç vaxt razılaşmamışam. Bu məktəb bizdə olub.
- Amma tənqidlər də çoxdur...
- Elə Azərbaycan çempionatının oyunu götürək. Bir şərhə azı onminlərlə insan baxır, hamısının da fərqli yanaşması var. Azarkeşlik etdiyi komanda uduzur, onun günahını da şərhçidə görürlər (gülür). Yəni tənqid həmişə və hər yerdə olub. Ən məhşur xarici şərhçiləri belə o qədər tənqid edirlər ki, bizimkilərə yönələn tənqidlər onların yanında toya getməlidir. Ümumiyyətlə, zamanla tənqidlərin xarakteri də dəyişib. 5 il əvvəl şərhçilərimizə başqa məsələlər irad tutulurdu, ancaq getdikcə tənqidin çevrəsi daralmağa başlayır. Artıq baxırsan ki, ümumi sözlər deyilir. Futbolçu adlarının tələffüzü ilə bağlı ifrat dərəcədə yanaşma var. Öz dilimizin tələbləri qalır kənarda, başqa prizmadan çıxışlar olur. Bu, məni çox ciddi narahat edir. Bütün ölkələrdə öz ana dillərinin tələbləri ilə məsələyə yaxınlaşırlar, amma biz başqa dillərin tələblərini tətbiq edirik. Fransada, Türkiyədə, Rusiyada və başqa ölkələrdə şərhçilər idmançıların adlarını olduğu kimi tələffüz etmirlər. Bu, onlara öz ölkələrində irad tutulmur. Bizdə isə nəinki sözün özünü, hətta vurğunun səhv olmasını da irad tuturlar. Tənqidlərə təmkinlə yanaşırıq. Bəzən o qədər gözəl şərh olur ki, bütün gözəlliklər kənarda qoyub, sosial şəbəkələrdə müzakirələr edirlər.
- Tamaşaçılara bu mövzuda nəsə demək istəyirsiz?
- Mən çox istəyirəm ki, tamaşaçılarımız şərhlərə bir az fərqli yanaşsınlar. Bəzən ehtiyatsız deyilən bir söz şərhçiyə öldürücü təsir göstərə bilir. Biz şərhçiliyin inkişafını istəyiriksə, dəstəyimizi də əsirgəməməliyik. İstərdim ki, tamaşaçılar bir az yaxşı tərəfləri də görsünlər. Amma biz daha çox qara rəng axtarırıq. 90 dəqiqə oyuna baxıb, bir səhvə görə bütün oyunun üstündən xətt çəkirik. Bu, düzgün deyil. Həm də insanın zəhmətinə haqsızlıqdır. Tək mən yox, bütün şərhçilər bu tənqidlərlə üzləşirlər. Birinin xarakteri elədir ki, fikir vermir, biri də həssaslıqla yanaşır və növbəti reportajını da küskünlüklə aparır. İlk şərhimdən təxminən 17 il vaxt keçib. Amma həmişə o gücü, iradəni özümdə tapmağa çalışmışam. Məni təkcə tənqid edənlər yox, təqdir edənlər də var. Mən həmin o insanları düşünməliyəm. Bəzən mən də pessimizmə qapılmışam. Hətta o qədər haqsız iradlar eşitmişəm, oxumuşam ki, şərhçilikdən getmək istəmişəm. Bu gün bu sahədən getməyim şərhçiliyimizə töhfə verəcəksə, şərh etməyim daha. İnsan o dərəcədə haqsızlıqla üzləşir ki, şərhçilikdən getməyi düşünür. Bəzən adi bir sözü səhv anlayıb, şişirdib, qəzet səhifələrinə çıxarıblar. Bunlar adama öldürücü təsir göstərir. Hərdən düşünürsən ki, ümumiyyətlə, şərh etməyim. Sonra fikirləşirsən ki, axı, mənim şərhlərimi bəyənən insanlar da var. Onlar öz sevdiyi şərhçinin səsini eşitmək üçün ekran qarşısında gözləyirlər.
- Son olaraq, 60 ilinizin son 25-i Ağdamsız keçir. Bu məqam həyatınıza necə təsir edib?
- Yaddaşımda çoxdan oxuduğum şeirdən bir söz dərin kök salıb. Çox ölkələrdə oldum, şəhərlər gəzdim, sonda anladım ki, bu dünyanın paytaxtı doğulduğum kənd imiş. Bəlkə bir az pafoslu alınır, amma mən Azərbaycanı bütöv sevmişəm və sevirəm. Onun hər qarışı mənə ləldir, cəvahirdir. Ona görə istərdim ki, ayrı-seçkilik kimi anlaşılmasın. Amma zənnimcə, hər kəsə dünyaya göz açdığı, uşaqlıq çağlarını keçirdiyi məkan daha şirin, bənzərsizdir. Bu bağlılıq isə insanın iç dünyasına ruhla daxil olur. Yəqin ki, hamıda belədir, bu duyğunun olmaması mümkünsüzdür. Ona görə Ağdam mənim üçün ən ləziz xörəyin duzu kimiydi...
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- “Aznur”un baş məşqçisi: “Mənim üçün “Birbaşa Bakı” “Zirə”dən daha narahat rəqibdir”
- Ayxan Abbasov: “Komanda adı çəkmək mənə yaraşmaz, amma bu söhbətlər olacaq”
- Avropa çempionatında möhtəşəm nəticə
- Hakimlər “kimə işləyir”? - Araşdırma
- 90-cı dəqiqədə meydana çıxdı, “Neftçi” - “Araz-Naxçıvan” oyununun ən yaxşısı seçildi
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Emin Əmrullayev “Neftçi”ni təbrik edib, AFFA İcraiyyə Komitəsindən danışdı: “Bu nəticəyə görə sevinirik”
- “Futzaldır, minifutboldur, bizim mentalitetlə “1 nömrə” kimi oynamaq çətindir, o potensial bizdə yoxdur”
- Klublar Komitəsinin iclası keçirilib
-
10:11
Yeniyetmələr arasında badminton üzrə Azərbaycan birinciliyi keçirilib
-
09:48
Azərbaycan Basketbol Liqası: "Sabah" finala yaxınlaşdı
-
09:30
"Borrusiya" ÇL-də ilk finalçı oldu VİDEO
-
19:25
“Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
-
18:59
II Liqa: Ev sahibləri üçün uğursuz gün
-
18:33
Şehiç milli karyerasını başa vurdu
-
17:17
Azərbaycan bədii gimastı Dünya Kubokunda iştirak edəcək
-
16:44
"Araz-Naxçıvan"dan "qızıl dubl"
-
16:26
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
-
15:57
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
-
14:30
AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
-
14:12
Millimizin üzvü: "Xorvatiyaya qarşı layiqli mübarizə aparmağa çalışacağıq"
-
13:58
Millimiz Türkiyəyə də uduzdu
-
13:39
Faiq Qarayev: "İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın"
-
13:01
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb
-
12:45
Azərbaycanın millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir
-
12:24
“Gəncə” baş məşqçisi ilə bağlı qərarını açıqlayıb
-
11:57
"Formula 1": Bakıdakı yarış üçün marşalların təliminə başlanılıb
-
11:33
Musa Qurbanlı “Yurqorden”in U-21 komandasında fərqləndi
-
11:19
Cəlal Hüseynov 90 dəqiqə oynadı
-
11:08
"Mançester Yunayted" darmadağın oldu VİDEO
-
10:52
Azərbaycan karateçiləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:46
"Lill" - "Lion" matçında 7 qol VİDEO
-
10:35
Kapitan: "Yarımfinalda favorit yoxdur"
-
10:24
"Atalanta"dan əzmkar qələbə VİDEO
-
10:13
"Traktor" səfərdə 3 xal qazandı
-
09:59
"Napoli" sonda qələbəni əldən verdi VİDEO
-
09:47
Krivotsyukun qolu kifayət etmədi
-
09:30
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
22:00
Diniyev: "Deyiləcək söz yoxdur"
-
21:41
Sxadadze ilk qələbəsini şərh etdi
-
20:55
"Səbail" "Qəbələ"yə məğlub oldu
-
18:37
Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb
-
18:06
"Səbail" - "Qəbələ": Heyətlər açıqlandı
-
17:52
Avropa çempionatında iştirak edəcək Azərbaycan taekvondoçuları bəlli olub
-
17:25
Bakı dünyanın "İdman Paytaxtı” seçilib
-
17:14
"Kocaelispor"un prezidenti Ramilin oyunundan narazı qalıb
-
16:43
Azərbaycanın beynəlxalq kateqoriyalı güləş hakimlərinin sayı artıb
-
16:09
Nazir Ülviyyə Fətəliyevanı qəbul edib
-
15:51
II Liqada hakim təyinatları
-
15:38
Azərbaycan üzgüçüləri Rusiyada 9 medal qazanıblar
-
15:17
Millimizin yeni rəqibi açıqlandı
-
14:49
“Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
-
14:22
Azərbaycan Basketbol Liqasında yarımfinal oyunlarının tarixləri dəqiqləşib
-
14:05
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
-
13:53
Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib
-
13:36
Azərbaycanı Avropa çempionatlarında 22 samboçu təmsil edəcək
-
13:14
Millimizin seçmə mərhələdəki oyunlarının vaxtı açıqlanıb
-
12:47
Azərbaycan kuboku: Final öncəsi kapitanlardan atmacalı açıqlama
-
12:28
İldar Alekperov: "Həlledici zərbələr çatışmırdı"