8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Minifutbol

"Qəbələ"nin futbolçularına qarşı 100 min manatlıq dələduzluq

Azərbaycan millisinin və "Qəbələ"nin futbolçuları - Cavid Hüseynov və Elvin Məmmədov dələduzluğa məruz qaldıqlarını iddia edirlər.

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, həmin futbolçular Yasamal Rayon Polis İdarəsinə yazılı müraciət edərək, hazırda həbsdə olan iş adamı Ayaz Məhərrəmovun onlara qarşı dələduzluq etdiyini bildiriblər.

Futbolçular müraciətlərində qeyd ediblər ki, A.Məhərrəmov onların etibarlarından sui-istifadə edərək, C.Hüseynovdan 40 min, E.Məmmədovdan isə 60 min manat pul alıb.

Bildirdiklərinə görə, iş adamı verdiyi vədə əməl etməyib və ümumilikdə 100 min manat pulu geri qaytarmayıb.

Lakin A.Məhərrəmov həmin pulları futbolçulardan biznes qurmaq adı ilə faizə aldığını deyib.

Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

A.Məhərrəmovun vəkili Ceyhun Yusifov "Report"a faktı təsdiqləyib, lakin əlavə məlumat vermək istəmədiyini söyləyib.

Qeyd edək ki, A.Məhərrəmov dələduzluqda ittiham olunaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətə azadlıqdan məhrum edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31