4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Böyükağa Hacıyev - 59!

Bu gün “Bakı” və “Neftçi”nin sabiq baş məşqçisi, Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin ad günüdür.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssisin 59 yaşı tamam olur. Hacıyev 1958-ci ilin 20 aprelində Naxçıvanda dünyaya gəlib.

2006-cı ildə ilk dəfə “Bakı”nı ölkə çempionluğuna daşıyan Böyükağa Hacıyev, daha sonra 2 dəfə bu uğura “Neftçi” ilə nail olub. “Ağ-qaralar”la 2 dəfə ölkə kubokunu qazanan 59 yaşlı mütəxəssis ən böyük uğuruna 2012-ci ildə imza atıb. Belə ki, Hacıyev Avroliqanın qrup mərhələsinə Azərbaycan klubunu yüksəldən ilk məşqçi kimi tarixə düşüb. Həmin ildə o, “Şöhrət” orderi ilə təltif edilib.

Futbolxeber.az saytı Böyükağa Hacıyevi təbrik edir. Ona can sağlığı, uzun ömür və işlərində müvəffəqiyyətlər arzu edir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31