4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Bakı Olimpiya Stadionuna avtobus xətti açılacaq

Bakı Olimpiya Stadionuna yeni avtobus xətti açılacaq. Bu barədə "Report"a stadionun direktoru Cavid Qarayev məlumat verib.

C.Qarayev bildirib ki, bundan sonra azarkeşlər metronun "Koroğlu" stansiyasından stadiona rahat şəkildə gələ biləcəklər: "Stadionun üç nöqtəsində dayanacaq qoyulacaq. Lazımi qurumlarla danışıqlar aparılıb. Stadiona gələn azarkeşlər 15 nömrəli avtobuslardan istifadə edə biləcəklər. Stadionumuzda keçiriləcək tədbirlərdən asılı olaraq avtobusların iş qrafiki artırıla bilər. Xəttin bu həftə ərzində istifadəyə verilməsi gözlənilir".

Qeyd edək ki, Olimpiya stadionuna getmək istəyənlər "Koroğlu" metrosundan çıxdıqdan sonra piyada hərəkət edirlər.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31