5 May 2024, Bazar günü
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Minifutbol

Azərbaycanda: Bir uşağa Messi, o birinə Ronaldo adı verildi

Son beş ildə Azərbaycanda doğulan xeyli sayda körpəyə məşhur futbolçuların adları verilib. Ədliyyə Nazirliyindən “Report”a verilən məlumata görə, həmin adların arasında türk futbolçularının adları üstünlük təşkil edib.

Son beş ildə doğulan 228 körpəyə Ayhan, 131-nə Arda, 16-na Hasan adı verilib.

Həmin müddətdə 1 körpəyə Messi, 1-nə Ronaldo, 1 uşağa Dario, 6-na Aleks adı qoyulub.

Ümumiyyətlə, son beş ildə uşaqlara Fateh (889), Hakan (21), Zidan (2), Sabri (2), Georgiy (1), Hamid (4), Halil (2) Ayhan (228), Nihat (2729), Tayfun (22), Ümit (12), Tayfur (4), Ali (225), Volkan (2), Sinan (405), Mehmet (21), Necati (16) kimi adlar da verilib.

Verilən adlar arasında qeyd olunan adların iştirakı ilə yaradılanlar da çoxdur. Belə ki, son beş ildə Azərbaycanda doğulan uşaqlar arasında Fatehəhməd, Fatehcəfər, Fatehcahan, Fateh Edvard, Ardan, Ardacan, Arda Furkan, Arda Ali, Hasanberkan, Hasan Jibirva, Hasan Emir, Hakan Eren, Hakan Emin, Nihatbəy, Nihatcan, Aleksa, Sinan Mete, Mehmet Ali, Mehmet Sabri, Mehmet Mesud, Mehmet Onur və s. adlar da yer alıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31