4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Məhkəmə millimizin pornovideo yayan futbolçusunu cərimələdi

Almaniyalı model Gina-Liza Lohfinkin onu zorlamaqda ittiham etdiyi Azərbaycan yığmasının sabiq futbolçusu Pərdis Fərcad-Azadın cəzası bəlli olub. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, “İnter”in yeni transferi canını cərimə ilə qurtarıb.

Belə ki, Berlin məhkəməsi 4 illik araşdırmadan sonra Lohfinkin iddiasının əsassız olduğuna qərar verib. Tanınmış modelin Pərdis və Sebastian adlı digər şəxslə öz istəyi ilə cinsi əlaqədə olduğu, qarşı tərəflərin onu buna məcbur etmədiyi təsdiqini tapıb.

Lakin bu, millimizin və “Sumqayıt”ın keçmiş hücumçusunun cəzadan qaçması üçün yetərli olmayıb. Məhkəmə həm Pərdis Fərcad-Azadı, həm də Sebastianı 1500 dollar məbləğində cərimələyib. Buna səbəb kimi isə onların Lohfinklə seks prosesini videoya çəkmələri və onu internetdə yaymaları göstərilib.

Ən sərt cəriməyə isə Lohfinkin özü məruz qalıb. Məhkəmə tanınmış modeli yalan danışdığına və qarşı tərəfə şər atıb, onları təcavüzdə günahlandırdığına görə 27 min dollar cərimələyib.

Qeyd edək ki, Gina-Liza Lohfink 2012-ci ildə məhkəməyə müraciət edərək, Pərdis Fərcad-Azad və Sebastian adlı digər şəxs tərəfindən təcavüzə məruz qaldığını iddia etmişdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31