3 May 2024, Cümə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Sadıq Sadıqov “Paralimpiya medalı” ilə təltif olundu

Azərbaycan Milli Paralimpiya Komitəsinin rəsmiləri - vitse-prezident Şaiq Həmidov və baş katib Afiq Süleymanov “Neftçi İdman Klubu” İctimai Birliyinin inzibati binasına gələrək klubun idarəetmə aparatının rəhbəri, Azərbaycan Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Sadıq Sadıqovun 50 illik yubileyini təbrik ediblər. Futbolxeber.az-ın məlumatına görə, ilk öncə Şaiq Həmidov çıxış edərək onu 50 illik yubileyi münasibətilə təmsil etdiyi komitənin kollektivi adından təbrik edib. Sadıq Sadıqovun uzun illər Azərbaycan idmanına, eləcə də Paralimpiya Hərəkatına göstərdiyi xidmətdən geniş söhbət açıb və onun fəaliyyətini yüksək qiymətləndirib. Yubilyarın ömrünün böyük bir hissəsinin “Neftçi İdman Klubu” ilə bağlı olduğunu vurğulayan natiq, onun idmandakı xidmətlərinə görə dövlət başçısı tərəfindən fəxri ad və medalla təltif olunduğunu qeyd edib. O, Sadıq müəllimi həm də gözəl dost və xeyirxah insan kimi dəyərləndirərək ona cansağlığı və gələcək işlərində müvəffəqiyyətlər arzu edib.

Sonra Afiq Süleymanov və digər çıxışçılar da yubilyara ən xoş arzularını çatdırdılar, haqqında dəyərli fikirlər səsləndiriblər.

Ardınca Şaiq Həmidov Sadıq Sadıqovun Azərbaycan Paralimpiya Hərəkatının inkişafında göstərdiyi xüsusi xidmətlərinə görə Azərbaycan Milli Paralimpiya Komitəsi tərəfindən “Paralimpiya medalı” ilə təltif olunduğunu söyləyib və mükafatı yubilyara təqdim edib.

Tədbirin sonunda Sadıq Sadıqov ona göstərdikləri diqqətə görə Paralimpiya Komitəsinin rəhbərliyinə dərin minnətdarlığını bildirdi və təltif olunduğu mükafatın onun üçün çox qiymətli olduğunu söyləyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31