4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

Nazir Ledi Qaqaya verilən pullardan danışdı

Gənclər və idman naziri Azad Rəhimov dünya şöhrətli müğənni Ledi Qaqanın Avropa Oyunlarının açılış mərasindəki ifasına görə 2 milyon dollar qonorar alması haqda yayılan xəbərlərə münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, nazir azvision.az-a verdiyi açıqlamada bildirib ki, Ledi Qaqaya ödənilən məbləğ kommersiya sirridir: “Ledi Qaqa ilə müqavilə imzalanmışdı. Razılaşmaya görə, aldığı qonorar kommersiya sirri kimi gizli saxlanılmalıdır. Onu nə biz açıqlaya bilərik, nə də Ledi Qaqa”.

Nazir bir tək onu bildirib ki, deyildiyi kimi Ledi Qaqaya 2 milyon dollar qonorar verilməyib: “Qonararın məbləği o qədər olmayıb”.

Xatırladaq ki, iyunun 12-də Avropa Oyunlarının Bakı Olimpiya Stadionunda keçirilən açılış mərasimində çıxış edib. O, xüsusi olaraq hazırlanan və güllərlə bəzədilən piano arxasında idmançılar üçün “İmagine” (Xəyal Et) mahnısını səsləndirib. İfanın sözləri Con Lennona məxsusdur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31