8 May 2024, Çərşənbə
"Araz-Naxçıvan"dan "qızıl dubl"
Millimiz Türkiyəyə də uduzdu
Diniyev: "Deyiləcək söz yoxdur"
Sxadadze ilk qələbəsini şərh etdi

Minifutbol

“Qəbələ Kuboku”nun finalı Türkiyə telekanalında

 

Türkiyənin “NTVSpor” telekanalı mayın 28-də start götürəcək II “Qəbələ Kuboku”nun final matçını canlı yayımlayacaq. Bu haqda Lent.az-a “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov məlumat verib.

Kərimovun sözlərinə görə, bu məqsədlə telekanalın 18 nəfərdən ibarət heyəti Azərbaycana gələcək: “Artıq “NTVSpor”la razılıq əldə etmişik. Bu telekanal “Qəbələ Kuboku”na böyük maraq göstərir. İyunun 2-də keçiriləcək final matçının canlı yayımı ilə yanaşı, hər gün “NTVSpor”un idman xəbərlərində və bülletenlərində turnirlə bağlı məlumatlar da veriləcək. Verilişlərdə “Qəbələ Kuboku” barədə də danışılacaq. Hətta verilişlərdən birinin Qəbələdən canlı efirə çıxması da planlaşdırılıb”.

Azərbaycan telekanallarından isə “İdman Azərbaycan” turnirin bir neçə oyununu yayımlayacaq.

Qeyd edək ki, II “Qəbələ Kuboku”nda Türkiyəni “Beşiktaş” təmsil edəcək. İlk turnirin qalibi “Qalatasaray” olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31