4 May 2024, Şənbə
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

O bayraq stadiona necə gətirildi?

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”ə qarşı oyununda bir ilkə imza atıb. Futbolxeber.az-ın Qol.az-a istinadən verdiyi məlumata görə, klubun təşəbbüsü ilə oyundan öncə stadiona uzunluğu 70 metrə çatan Azərbaycanın üçrəngli bayrağı gətirilib. Böyük Azərbaycan bayrağı Üzeyir Hacıbəylinin "Koroğlu" üverturası sədası altında stadionda dalğalanıb. Respublika stadionuna təşrif buyuran azarkeşlər bayrağı başları üzərində daşıyıblar.

Qeyd edək ki, bu bayraq Dövlət Bayrağı Meydanına məxsusdur. Bayrağın stadiona gətirilməsi ideyası tanınmış jurnalist Şakir Eminbəyliyə məxsus olub.

Klubdan Qol.Az-a bildirilib ki, tribunada bu uzunluqda bayrağın açılacağı son ana qədər gizli saxlanılıb. Hətta komandanın futbolçularına da bu haqda məlumat verilməyib. “Qarabağ”ın azarkeşləri kimi, futbolçular 70 metrlik bayrağı tribunada açılarkən görüblər.

Klubun mətbuat xidmətindən bildirilib ki, oyun öncəsi bayrağın açılmasını "Qarabağ"ın futbolçularına əlavə ruh yüksəkliyi verib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31