4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

“Qarabağ”dan uğur gözləyirəm”

“Mən hər zaman “Qarabağ”dan uğur gözləyirəm. Budəfəki oyunda da komandamıza uğur arzulayıram. Ən əsası bu uğuru qazanmaq əzminin olmasıdır. Bu gün “Qarabağ” komandasında bu əzm var. Mən onu dəyərləndirirəm və hesab edirəm ki, bəzən aşağı, bəzən yuxarı hesab, yaxud da heç-heçə qeydə alına bilər, əsas odur ki, komanda içərisində hər kəs öz oyununu yox, vahid komanda olaraq oyununu oynasın. “Qarabağ” belə oyun oynayan komandadır”. Futbolxeber.az-ın məlumatına görə, Milli Məclisin vitse-spikeri Bahar Muradova bu fikirləri “Musavat.com”a Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın “Sent-Etyen”lə keçiriləcək oyununu şərh edərkən söyləyib. Amma B.Muradova stadiona getməyəcəyini və oyunu televiziya qarşısında seyr edəcəyini bildirdi. O, gülərək “hələ ki, bizdə qadınların stadiona getmək təcrübəsi yoxdur. Amma televiziyadan izləmək daha rahatdır, nəinki stadiondan” - deyib.

Vitse-spiker Azərbaycan yığmasının baş məşqçisi B.Foqtsun uğursuzluqları barədə fikir bildirmədi: “Mən daha çox “Qarabağ”ın oyununu izləyirəm, hesab edirəm ki, bu, hər bir azərbaycanlının borcudur. Hər kəsin bir sevimli komandası ola bilər. Amma Azərbaycan millisi və “Qarabağ” Azərbaycan adına və Qarabağ adına meydana çıxan komandalardır. Ona görə də onların oyunlarına baxmağa dəyər. O ki, qaldı məşqçilərə, qoy, bu barədə peşəkar futbol mütəxəssisləri fikir söyləsin. Mən o dərəcədə futbol bilicisi olmadığımdan hansı məşqçinin peşəkar, yaxud qeyri-peşəkar olduğunu deyə bilmərəm”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31