4 May 2024, Şənbə
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı
“Zirə”dən gözlənilməz məğlubiyyət

Minifutbol

Mübariz Mənsimovdan xeyirxah addım

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı biznesmen, “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov xərçəng xəstəliyindən əziyyət çəkən azyaşlı körpəyə yardım göstərib. ANS PRESS-in xəbərinə görə, bu barədə Türkiyənin məşhur müğənnisi, tv aparıcısı Gülben Ergen öz twitter hesabında yazıb.

Qeyd edək ki, Gülben Ergen ötən gün yerli “Show” kanalında aparıcısı olduğu “Gülben” proqramında Dəniz, Muhamməd və Tuana adlı 3 azyaşlı uşağın xərçəng xəstəliyinə yaxalandığını və onların müalicəsinin xaricdə mümkün olduğunu elan etmişdi. Aparıcı həmçinin imkanlı şəxslərə müraciət edərək bu uşaqlara maddi yardım göstərilməsini xahiş etmişdi.

Bu gün isə “Gülben Show” adlı twitter səhifəsində Muhammədlə Dənizin müalicəyə göndərildiyini yazan Ergen bir müddət sonra həyəcanla Tuanaya da yardım edildiyini, bu yardımın Azərbaycanlı biznesmen Mübariz Mənsimov tərəfindən ödəndiyini elan edib.

Qeyd edək ki, 2.5 yaşlı Tuana Naz Şenel neyroblastoma xərçəngindən əziyyət çəkir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31