26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

“BeerBasha” Bakı Futbol Liqasındakı pozuntularla bağlı bəyanat yaydı

“BeerBasha” Həvəskar Klubu Bakı Futbol Liqasındakı pozuntularla bağlı bəyanat yayıb.

Futbolxeber.az saytı həmin bəyanatı təqdim edir:

- “BeerBasha” həvəskarlardan ibarət futbol klubu həmişə səviyyəli yarışların bir hissəsi olub. Bu mənada BFL adlı turnirdə qeydiyyatdan keçərək iştirak etməyə başladıq. Əvvəlcədən turnirin AFFA ilə razılaşdırıldığı barədə məlumat verilsə də, sonradan əksini gördük. Oyunların qeyri-peşəkar səviyyədə təşkili, bir tərəfli qaydada oyunların vaxtının dəyişdirilməsi, təşkilatçılara yaxın komandalarda sarı vərəqələrin ləğvi idman prinsiplərinə zidd olsa da, BFL yarışı özünə münasib qaydada təşkil etdi.

"BeerBasha" komandası bəyan edir ki, yarışda reqlament kobud şəkildə pozulub. Ona görə ədalətin bərpa olunmasını tələb edirik. Yarışın təşkilatçılarından yekun nəticələrə yenidən baxılmasını xahiş edirik. Nəticələrin yenidən yoxlanılması, səhvlərin etiraf olunması və "BeerBasha"nın layiqli olaraq çempion elan olunması aradakı anlaşılmazlıqları həll edə bilər. "BeerBasha" klubu olaraq qalib elan olunacağımız halda Moskvada keçiriləcək yarışa getməkdən imtina edirik. Amma reqlamentə uyğun qalib komandaya ayrılan pul mükafatının təqdim olunmasını tələb edirik. Ölkədə idmana, xüsusilə futbola olan yüksək səviyyədə diqqətə baxmayaraq, belə turnirlərin futbolumuz adına ləkə olmasını istəməzdik. "BeerBasha” komandası ədalətin bərpa olunması, layiqli çempionun elan olunması üçün sona qədər mübarizə aparacaq.

"BeerBasha" təşkilatçıların reqlamenti kobud şəkildə pozan iştirakçıların cəzalandıracağına ümid edir. Biz sadəcə güclünün qalib elan olunmasını və ədalətin bərpa olunmasını istəyirik. Yalnız bu halda BFL gələcək yarışlarıyla bağlı yaranacaq şübhə və mübahisələri aradan götürə bilər.

Hörmətlə "BeerBasha".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30