6 May 2024, Bazar ertəsi
Mustafazadə daha 3 il “Qarabağ”da
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı

Ölkə futbolu

“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”

“Evdə 2:1 hesablı qələbə qazanmışıq. Bununla belə, "Qəbələ" həmin matçda sona qədər mübarizə apardı”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Zirə”nin kapitanı Qismət   Alıyev bu gün “Qəbələ”yə qarşı keçiriləcək Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

O, rəqibin son zamanlar daha inamlı təsir bağışladığını bildirib: “Baş məşqçi dəyişikliyindən sonra rəqibdə dəyişikliklər hiss olunur. Çempionatın bu turunda "Qarabağ"a qarşı inamlı oynadılar. Bizi qarşıda çətin oyun gözləyir. Bununla belə, məqsədimiz finala çıxmaqdır”.

Q.Alıyev Premyer Liqasının son turunda “Neftçi” üzərində qazandıqları 3:1 hesablı qələbini də xatırlayıb: “Neftçi” ilə görüşə qələbə üçün çıxmışdıq. Oyundan öncə bilirdik ki, qalib gəlsək, turnir cədvəlində ikinci pilləyə yüksələcəyik. Matça normal başladıq. Penalti epizodunda təəssüf ki, top mənim əlimə dəymişdi. Qol buraxdıqdan sonra toparlanıb hesabı bərabərləşdirdik. İkinci hissədə qırmızı vərəqə alsaq belə, qələbə qazanacağımıza inanırdıq. İçimizdə bir güvən var idi. 10 nəfərlə də olsa, hücumlarımızdan maksimum yararlandıq”.

28 yaşlı futbolçu "Zirə"nin antofutbol oynaması barədə səslənən fikirlərə də münasibət bildirib: “Kimsə fikirləşirsə ki, bu tip müdafiə futbolu ilə "Zirə" bu xalları yığıb, bizim oyunlarımıza baxa bilər. Əvvəlki matçlarda əlimizə düşən fürsətlərdən fərqlənə bilsək, hesablar tam fərqli olardı. “Neftçi” ilə matçda 10 nəfərlə əks-hücumdan iki qol vururuqsa, deməli, "Zirə"də müdafiə futbolu deyilən bir şey yoxdur”.

Azad NURİYEV




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31