19 Mart 2024, Çərşənbə axşamı
“Ağ-qaralar”ın “Black Friday”i
"Qarabağ" və "Sabah" qalib gəldi
Orxan Əliyev: “Heyif o epizodlardan...”
Sxadadze: “Təzyiq böyükdür”

Minifutbol

Millinin oyununda gözdən qaçmayanlar: BOS-da milləti soyurlar!

Dünən milli komandamız 2018-ci ildə doğma azarkeşləri önündə ilk oyununa çıxdı. Bu görüş həm də yeni baş məşqçi Qurban Qurbanovun doğma publika qarşısında ilk imtahanı idi. Qurbanov və komandası sınaqdan üzüağ çıxa bilmədi. Lakin dünən oyunun keçirildiyi Bakı Olimpiya Stadionunda yeganə çatışmazlıq millimizin qol vura bilməyərək məğlub olması deyildi.

Futbolxeber.az saytı olaraq meydandan kənarda baş verənlər, diqqətimizi çəkən məqamları sizlərə təqdim edirik:

TƏŞKİLATÇILIQ ZƏİF İDİ

Azərbaycan - Belarus oyununa maraq az idi. Hələ bir gün əvvəl qarşılaşmaya cəmi 6 min bilet satıldığı deyilirdi. Görüşü BOS-un tribunalarından maksimum 10 min futbolsevər izləyirdi. Bir sözlə, “Qarabağ”ın Çempionlar Liqasında oyunlarındakı anşlaqdan əsər-əlamət yox idi. Tamaşaçı azlığı təşkilatçıların da oyuna biganə yanaşmasına səbəb olmuşdu. Belə ki, əvvəlki oyunlardakı kimi hər addımbaşı azarkeşlərə xidmət göstərən, yerlərini tapmaqda kömək olan könüllülərə bu dəfə rast gəlmək olmurdu. Stadionun giriş qapısından sektorun girişinə qədər qət etdiyimiz böyük məsafədə 1 könüllü belə gözə dəymədi. Belədə BOS-a nabələd olan azarkeşlər yerlərini tapmaqda çətinlik çəkirdilər. Qapıların əksəriyyəti bağlı idi.

Digər problem isə yerləşmə ilə bağlı idi. Belə ki, əlimizdə olan biletlə daxil olduğumuz sektorda könüllüdən yerimizi soruşduqda, “harda boş yer var, orda da əyləşin” cavabını eşitdik. Bu cür hallar isə gələcəkdə, anşlaqın yaşandığı oyunlarda problemlərə yol açır.

TABLO BELARUSUN QOLUNU “YEDİ”

Birinci hissə başa çatdıqdan sonra Belarus millisi 1:0 hesabı ilə öndə idi. Amma nədənsə arenada quraşdırılmış tablolar hələ görüşdə hesabın açılmadığını “iddia edirdilər”. İlk yarıdan sonra tabblolarda hesabın 0:0 kimi qeyd edilməsi azarkeşlərin də gülüşünə səbə olmuşdu. Yalnız bir neçə dəqiqədən sonra çatışmazlıq aradan qaldırıldı.

Фото Ибрагима Футболхебера.

İKİNCİ HİSSƏDƏ SİQARET ÇƏKMƏK OLAR?!

Bir müddət əvvəl parlamentdə ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyulması haqda qərar qəbul edildi. Siqaretin qadağan edildiyi yerlərdən biri də stadiondur. Görüşü izlədiyimiz sektorda qarşılaşmanın əvvəlində bir neçə nəfər siqaret alışdırsa da, onlara yaxınlaşan 2 gənc buna icazə olmadığını bildirdi. Lakin fasilədən sonra bu “qadağa aradan qalxdı”. Yer aldığımız sektorun demək olar ki, ən azı 50 faizi ikinci hissədə siqaretin tüstüsünü çox rahat şəkildə ciyərlərinə çəkirdi.

KƏLLƏ-ÇARXA ÇIXAN QİYMƏTLƏR

Oyunun fasiləsi zaman azarkeşlərin əksəriyyəti qarnını doyurmaq, susuzluğunu yatırmaq üçün alış-veriş etmək istəyirdi. Əvvəla, bir neçə sektora cəmi 1 satış məntəqəsi xidmət edirdi ki, bu da böyük növbənin əmələ gəlməsinə səbəb olmuşdu. Əsas problem isə qiymətlərlə bağlı idi. Belə ki, BOS-dakı qiymətlər “alışıb-yanırdı”.

Şəkildən də gördüyünüz kimi, qiymətlər həddindən artıq yüksəkdir. Adi çay 1 manata, dəyəri 30 qəpik olan kofe isə 1 manat 50 qəpiyə satılır (şəkildə ən sonda yer alan 1 AZN-in qarşısında çay, 1,50 AZN-in qarşısında isə kofe yazılıb-red.). Mağazada 40-50 qəpiyə olan yarımlitrlik “Gülüstan” sularını isə stadionda 1 manat 50 qəpiyə əldə etmək mümkündür. Hazırlanmasına heç 1 manat belə sərf olunmayan sendviçin dadına baxmaq üçün 3 manat ödəməlisən. Parklarda 50 qəpiyə satılan popkorna isə 2 manat qiymət qoyulmuşdu.

Təbii ki, stadionda satılan məhsulların mağaza dəyərində satılmalı olduğunu iddia etmirik. Amma insaf dinin yarısıdır. Hər hansı məhsulu maya dəyərindən 3 qat baha satmaq milləti soymaqdır. Nəzərə almaq lazımdır ki, tribunada görüşü izləyənlərin hamısı imkanlı şəxslər deyil. Zənginlər qarşılaşmanı onsuz da “Sky box”dan izləyir ki, orada da hər cür naz-nemət olur...

İBRAHİM




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31