26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

Rüstəm Rəhimova həsr olunmuş kitabın təqdimatı keçirilib (FOTO)

Bu gün AFFA-nın inzibati binasında Azərbaycan futbol hakimliyinin ən istedadlı nümayəndələrindən biri, ümumittifaq dərəcəli hakim, futbol veteranı Rüstəm Rəhimovun karyerasından bəhs edən “Bu mənim alın yazımdır” kitabının təqdimat mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın maliyyə dəstəyi hesabına Azərbaycan və rus dillərində nəşr olunmuş kitabın müəllifi Qvami Məhəbbətoğludur.
 
Tədbirdə vaxtilə R. Rəhimovla birgə çiyin-çiyinə oynamış və hakimlik etmiş, eləcə də “Neftçi” klubunun 80 illik yubileyi ilə əlaqədar ölkəmizdə səfərdə olan futbol veteranları, Azərbaycan idman ictimaiyyətinin digər nümayəndələri, incəsənət xadimləri və mətbuat işçiləri iştirak ediblər.
 
Təqdimat mərasiminə təşrif buyuranlar R.Rəhimovla bağlı xatirələrini bölüşüb, xoş sözlər söyləyiblər.
 
Rüstəm Rəhimov tədbir iştirakçılarına minnətdarlığını bildirib, bundan sonra da Azərbaycan futbolunun inkişafı məqsədilə fəaliyyətini davam etdirəcəyini deyib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30