26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Minifutbol

"Futbol Liqası 2013" yekunlaşıb

 

AFFA-nın dəstəyi ilə İctimai Futbol Təşkilatları İctimai Birliyinin təşkil etdiyi ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Futbol Liqası 2013" yekunlaşıb. Futbolxeber.az-ın məlumatına görə, AFFA-nın Futbol Akademiyasının stadionunda Liqanın sonuncu turunun oyunları keçirilib. Həlledici qarşılaşmada "Finca Azerbaijan" şirkətinin birləşmiş komandasını 5:4 hesabı ilə məğlub edən "Batmen" komandası yarışın qalibi adını qazanıb. "Akkord" çempionatı 2-ci, "Axa Mbask" isə 3-cü pillədə başa vurub.
Turnirin son oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları İctimai Futbol Təşkilatları İctimai Birliyinin prezidenti Elxan Tağızadə, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İskəndər Cavadov, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, veteran futbolçu Asim Xudiyev, Azərbaycan milli komandasının və “Bakı” Futbol Klubunun üzvü Elvin Məmmədov təqdim edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30